Dünya birjalarında neft yenidən bahalaşır.
Yeniçağ.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar və ya 0,21% artaraq 48,85 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,14% artaraq 51,81 dollar olub.
Yeniçağ.Az
www.yenicag.az