Dünya bazarlarında neft bahalaşmağa başlayıb.
Yenicag.az xəbər verir ki, oktyabrın 4-də Nyu-York Mercantile Exchange (NYMEX) birjasında WTI markalı neftin noyabr fyuçersləri 0,66% artaraq 60,88 ABŞ dolları/barel təşkil edib. London ICE Futures Europe (ICE) birjasında isə Brent markalı neftin dekabr fyuçersləri 0,66% bahalaşaraq 64,53 ABŞ dolları/barel olub.
Qeyd edilir ki, qiymət artımı Yaxın Şərqdə geosiyasi risklər və ABŞ-da hasilat templərinin azalması ilə əlaqədar bazarda təkliflə bağlı narahatlıqlar fonunda baş verib.