Neft yenidən bahalaşa bilər

media-hightechnic-468x90

скачанные файлы (2)Neftin bir barelinin qiyməti yenidən 100 dollar səviyyəsinə qədər qalxa bilər. Yenicag apa-ya istinadən bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş baş iqtisadçısı Kennet Roqof deyib.

media-banner_tuq

İqtisadçının sözlərinə görə, neftin qiymətindəki artım yaxın perspektivdə baş verə bilər. K. Roqof Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid ibn Talal al-Səudun neftin qiymətinin bir daha 100 dollar həddinə qalxmayacağı ilə bağlı fikrə də münasibət bildirib: “Mən səsləndirilən bu fikirlə razı deyiləm. Fikrimcə, qiymət bir daha o həddə çata bilər. Səudiyyə Ərəbistanında da neftin hazırkı qiymətlərindən narazıdırlar. Səsləndirilən bu fikir daxili tələbata yönəlmiş ola bilər ki, xalq təşvişə düşməsin. Eyni zamanda, bəyanat xarici investorlara yönələ bilər”, – deyə K. Roqof deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid ibn Talal al-Səud Amerikanın “USA Today” nəşrinə bildirib ki, neftin qiyməti bir daha 100 dollar səviyyəsinə qalxmayacaq. Şahzadə neftin 100 dollar həddindəki qiymətinin süni müəyyənləşdirildiyini bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05