“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu

media-hightechnic-468x90

“Neftçi” Misli Premyer Liqasının XX turunda məğlub olub.

Yenicag.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu komanda “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

29-cu dəqiqədə meydan sahiblərinin heyətində Vanderson Melo fərqlənib. 64-cü dəqiqədə Roman Maçado fərqi artırıb. Qonaqların heyətində 67-ci dəqiqədə Filip Ozobiç adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran “Araz-Naxçıvan” ikinci pillədə qərarlaşıb. “Ağ-qaralar” 18 xalla yeddinci sıradadır.

Qeyd edək ki, günün və turun son matçında “Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək. Əvvəlki oyunlarda “Zirə” səfərdə “Şamaxı”nı 2:1, “Səbail” evdə “Kəpəz”i 1:0 hesabı ilə üstələyib. “Sabah” – “Sumqayıt” matçında hesab açılmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600