Neftçi azarkeşlərinə qadağa
Bakıda keçiriləcəyi dəqiqləşən “Xəzər Lənkəran” – “Neftçi” arasında oyuna paytaxt təmsilçisinin azarkeşləri buraxılmayacaq.
Bu barədə açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bidirib.
Onun sözlərinə görə, Mərdəkanda yerləşən “Dalğa Arena” stadionunda keçiriləcək qarşılaşmaya azarkeşlərin rahat gəlməsi üçün klub tərəfindən avtobuslar ayrılacaq:
“Avtobusların oyun günü haradan yola düşəcəyi ilə bağlı isə yaxın günlərdə dəqiq məlumat verəcəyik. Avtobuslar metro stansiyaların birinin qarşısında azarkeşləri gözləyəcək”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi bu mövsüm “Xəzər Lənkəran” – “Neftçi”, “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmalarında qonaq komandanın azarkeşlərinin olmasına qadağa qoyub.(anspress.com)