!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” “Qəbələ”yə qalib gəldi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Neftçi” Qəbələdə eyniadlı komandanın qonağı olub. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Neftçi” liderliyə yüksəlib. 9 xalı olan “Qəbələ” isə 5-ci sırada qalıb.

Günün ikinci oyununda “Səbail” “Zirə”ni qəbul edəcək.

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” evdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək “Sumqayıt” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları ilə yekun vurulacaq.

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv