Bakının “Neftçi” klubu transfer işlərini davam etdirir.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb.
Komanda bu dəfə Çilidən olan hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.
Sonuncu komandası Qazaxıstanın “İrtış” klubu olmuş 29 yaşlı futbolçu indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike” və İspaniyanın “Real Betis” B klublarında çıxış edib.
Yeniçağ.Az
www.yenicag.az