“Neftçi” “Sabah”dan ayrılan Elvin Camalovu transfer etdi

media-hightechnic-468x90

“Neftçi” Azərbaycan millisinin üzvü Elvin Camalovun transferini rəsmən açıqlayıb.

Yenicag.az xəbər verir ki, 4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.

“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa