Roman Qriqorçuk “Neftçi”dən ayrıldıqdan sonra 9 oyundur qələbə qazana bilməyən komanda yenidən baş məşqçi axtarışına çıxıb.
Futbol cameəsini düşündürən ən başlıca məsələlərdən biri komandaya yerli, yoxsa əcnəbi məşqçinin gətiriləcəyidir. Sosial şəbəkələrdə müzakirələrə baxsaq, azarkeşlər komandaya yerli məşqçinin gəlməsinin tərəfdarıdır.
Mövzu ilə bağlı Yenicag.az-a danışan idman jurnalisti Emin Abbasov hesab edir ki, komandaya yerli məşqçinin gətirilməsi yanlış addım sayılar.
“Uğurzusluq zolağında olan “Neftçi”yə yenidən əcnəbi məşqçinin gətirilməsini yanlış addım sayıram. Belə durumda komandanı pis vəziyyətdən yerli mütəxəssisin çıxara biləcəyi daha realdır, nəinki əcnəbinin”, – deyə o əlavə edib.
E.Abbasov qeyd edib ki, mümkün yerli məşqçi təyinatına gəlincə, sosial şəbəkədə yazılanlar, azarkeş fikri ilə bu cür vacib qərarlar verilməli deyil.
“Belə məsələlərdə peşəkar davranmaq vacibdir. Təyinatı mümkün məşqçilərin siyahısı hazırlanmalı, işlədiyi yerlərdə fəaliyyəti incələnməli, oyun fəlsəfəsi, iş prinsipləri və sair nüanslar araşdırıldıqdan sonra qənaətə gəlinməlidir”
İsmayıl Bakuvi
www.yenicag.az