!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi"nin ermənilər üzərində tarix yazdığı arena satıldı - Qubalı milyarderlərə

!Reklam – Yazi

Rusiyalı milyarder Musa Bajayev “Olimpiyski” İdman Kompleksini “Kiyevskaya ploşad” şirkətinin sahibləri Qod Nisanov və Zarax İliyevə satıb.

Yenicag.az xəbər verir ki, razılaşmanın məbləği haqqında məlumat yoxdur. Kompleksin yeni sahibləri layihəyə 300-400 milyon dollar sərmayə yatırtmağı planlaşdırır.

Qeyd edək ki, “Olimpiyski” İdman Kompleksi 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarına görə tikilib. Bu məkan daha çox əsası 1993-cü ildə qoyulan və 2011-ci ilə qədər MDB və Baltikyanı ölkələrin çempionlarının iştirakı ilə keçirilən Birlik Kuboku turniri ilə yadda qalıb.

Xatırladaq ki, Azərbaycanın “Neftçi” klubu da sözügedən arenada tarixi uğura imza atıb. Belə ki, 2005-ci ildə Birlik Kubokunun 1/4 finalında Ermənistanın “Pünik” klubu ilə üz-üzə gələn bakılılar, rəqibini 2:0 hesabı ilə məğlub etmişdi.

Maraq üçün bildirək ki, kompleksin yeni sahibləri Qubanın Qırmızı qəsəbəsində dünyaya gəliblər.

 

COP29

www.yenicag.az

5877
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv