Neftin qiyməti yenə aşağı düşüb

media-hightechnic-468x90

oil_price_041214_2CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 49,86 dollar/barel təşkil edib.

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən 0,27 dollar/barel azalıb.

“Azeri Light” neft növü Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, “Azeri Light” Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 48,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 16-da 44,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 10,45 barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti yanvarın 16-da 47,23 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600