“Neftin qiymətinin düşməsi İŞİD-lə əlaqəlidir”
Rusiya prezidenti Vladimir Putin dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinin səbəbini açıqlayıb. Vladimir Putin müsahibəsində neftin qiymətinin aşağı düşməsini İŞİD-lə əlaqələndirib. Onun sözlərinə görə İŞİD terror təşkilatının neftin bir barrelini 30 dollara satması dünya bazarlarında “qara qızıl”ın qiymətinə mənfi təsir edir. Putin neftin qiymətinin düşməsinə baxmayaraq Liviya, İraq və Səudiyyə Ərəbistanından ixracın artdığını da vurğulayıb.
(modern.az)