!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nemtsovla vida başa çatdı

!Reklam – Yazi

85101Rusiyanın paytaxtı Moskvada bir neçə gün öncə qətlə yetirilən siyasətçi Boris Nemtsovla vida mərasimi başa çatıb.

Nemtsov Troekurovsk məzarlığında dəfn ediləcək.

Vida mərasiminə ölkənin bir çox tanınmış ictimai xadimi, baş nazirin müavini Sergey Prixodko, Arkadi Dvorkoviç, kənd təsərrüfatı naziri Nikolay Fyodorov, “Rosnano”nun sədri Anatoli Çubays, “Sberbank”ın rəhbəri German Qref, keçmiş maliyyə naziri Aleksey Kudrin, mərhum prezident Boris Yeltsinin həyat yoldaşı Naina Yeltsina və qızı, Böyük Britaniyanın sabiq baş naziri, Britaniya və ABŞ səfirləri, o cümlədən Avropa İttifaqının Rusiyadakı səfiri iştirak edib.

Mərhumun tabutu alqışlar və “Qəhrəmanlar ölmür” sədaları altnda zaldan çıxarılıb. Mərasim saat 14:00-a kimi davam etsə də onunla vidalaşmağa gələnlərin ardı-arası kəsilməyib.

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv