Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Nemtsovun daha bir oğlu peyda oldu

90187_res_01“Mənim oğlumun atasının kim olduğunu Borisin qanlı geyimindən müəyyən etmək olar”.

Bunu fevralın 27-də Kreml yaxınlığında güllələnərək qətlə yetirilən müxalifətçi Boris Nemtsovun yeni ortaya çıxan rəfiqələrindən biri deyib.

Qeyd edək ki, ən son Yekaterina İftodi B.Nemtsovun ölümündən sonra qalmaqallı açıqlamalar verərək müxalifətçi ilə eşq yaşadığını, hətta ondan bir yaşlı oğlunun belə olduğunu elan etmişdi.

İndi isə modelyer Anna Lesnikova 17 il öncə Nemtsovla münasibətinin olduğunu, hətta ondan oğlu Danieli dünyaya gətirdiyini deyib. O zaman Nemtsov başqa qadınla vətəndaş nikahında olduğu üçün oğlan özü belə əsl atasının kimliyindən xəbərsiz olub. Cütlük bunu uşaq böyüyənə kimi sirr saxlamaq haqda razılaşıb.

Ötən həftə oğlu ilə “Canlı efir” proqramına qonaq olan modelyer oğlunun atasının mirasından pay ala bilməsi üçün hər şeyi etməyə hazır olduğunu deyib.

Lesnikovanın sözlərinə görə, gənc atasının Boris Nemtsov olduğunu yarım il öncə öyrənib. Bu zamana kimi isə anası ilə vətəndaş nikahında yaşayan kişini atası hesab edib. Qadın deyib ki, hələ oğlu kiçik olanda DNT analizi edərək onun atasının Boris olduğunu sübut edib. Lakin sənədləri xəstəxanadan götürməyib. Sadəcə həkimə zəng edib, nəticələri öyrənib, vəssalam: “Qətl 40 gün öncə baş verib. Borya güllə yarasından ölüb. Onun qanlı geyimi İstintaq Komitəsindədir. Əgər Danielin atasının kimliyi müəyyən edilməlidirsə, bu yolla ola bilər”.

Modelyer özünün pis qazanamadığını, amma oğlunun xaricdə yaxşı təhsil almasını arzu etdiyini deyib. Çünki Nemtsov özü də Danielin Amerikada oxumasını istəyərdi. Lakin o, Nemtsovun başqa sevgililəri, həyat yoldaşları ilə mübahisə etmək niyyətində deyil və maliyyə məsələsini dava-dalaşsız həll etməyə ümid edir (ANS PRESS).

www.yenicag.az

244