Nemtsovun hesabatı apreldə dərc olunacaq

media-hightechnic-468x90

4b45bd5066f14ca7f0c3b977d9056be7Boris Nemtsovun Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı bu ilin aprelində dərc olunacaq

Yenicag.az apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı müxalifətçi İlya Yaşin bildirib.

Yaşinin sözlərinə görə, Nemtsovun hesabatını yekunlaşdırmaq məqsədi ilə ekspertlərdən ibarət komanda yaradılıb.

İlya Yaşin qeyd edib ki, toplanmış materialların böyük hissəsi artıq ekspertlər tərəfindən işlənib. Yaşinin sözlərinə görə, onlar Boris Nemtsovun qətlindən əvvəl apardığı araşdırmanı yaxın zamanda yekunlaşdırmaq niyyətindədirlər.

Bundan əvvəl İlya Yaşin Boris Nemtsovun qətlində “Ukrayna izi” olması versiyasını spekulyasiya adlandırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600