Nemtsovun öldürüldüyü yerdən güllələr tapıldı-Foto

media-hightechnic-468x90

84881Dalğıclar Rusiya müxalifət lideri Boris Nemtsovun güllələndiyi körpünün yaxınlığında Moskva çayının dibindən iki tapança tapıblar.

Yenicag.az anspress-ə istinadən bildirir ki, onlardan birinin müxalifətçinin qətlində istifadə edilmədiyi artıq dəqiqləşib.

İkinci tapança ballistik ekspertiza üçün qətl işini aparan istintaq komitəsinə göndərilib. Yaxın günlərdə ekpertizanın rəyi bilinəcək.

Məlumata görə, dalğıclar hər gün çayın dibini yoxlayırlar.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Qətlin təşkilinə görə Zaur Dadayev və Anzor Qubaşevə qarşı ittiham irəli sürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa