Nemtsovun qətlinin yeni görüntüləri yayıldı-Video, Foto

media-hightechnic-468x90

img1763700Rusiyada müxalifət lideri Boris Nemtsovun öldürməkdə ittiham edilən Zaur Dadaev və Anzor Qubaşevin cinayəti törətdikdən sonra qaçarkən yeni görüntüləri yayılıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, şübhəlilər hadisə zamanı istifadə etdiyi “ZAZ-Chance” avtomobilində görüntülənib.

“ZAZ-Chance” avtomobili cinayətdən qısa müddət əvvəl müşahidə kameralarına düşüb.

Avtomobil 2014-ci il sentyabr ayında alındığı bildirilir. Avtomobilin 12 min rubl məbləğində cəriməsi olub.
Zaur Dadaev və Anzor Qubaşevin həbs olunması haqda xəbər martın 7-də yayılıb.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa