Nepalda dəhşətli təyyarə qəzası: Qurtulan olmadı

media-hightechnic-468x90

Nepalda təyyarə qəzası baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, dünən baş vermiş qəza nəticəsində göyərtədəki 22 sərnişinin hamısı həlak olub. Ölənlərdən 14-nün cəsədi tapılıb. Hazırda digərlərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, təyyarə Poxara hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qəzaya uğradığı iddia edilən yerə axtarış etmək üçün helikopter göndərilib, lakin əməliyyat əvvəlcə pis hava şəraiti, daha sonra isə gecə olması səbəbindən dayandırılıb. Məlum olub ki, təyyarə dağa çırpılıb və parçalanıb.

Qəzaya uğrayan təyyarənin ekipajında üç nəfər olub. Sərnişinlər arasında 16 Nepal, 4 Hindistan, 2 Almaniya vətəndaşı olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600