“Nerazzuri” İnzaqinin yerinə ONU İSTƏYİR
“Internazionale” komandadan ayrılan Simone İnzaqini əvəz edəcək şəxsi müəyyənləşdirib.
Yenicag.az bildirir ki, bu barədə “Sky Sport İtalia” saytı məlumat yayıb.
Məlumata əsasən, “Inter” baş məşqçi Simone İnzaqi ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışlarını sürətləndirib. Saytın verdiyi məlumata görə, İtaliya nəhəngi digər İtaliya təmsilçisi “Como 1907”də uğurlu mövsüm keçirən Sesk Fabreqasla əlaqə saxlayıb.
“Inter” iyunun ortalarında başlayacaq FIFA Klublararası Dünya Çempionatına qədər yeni məşqçini təyin etmək istəyir. Buna uyğun olaraq, ötən mövsüm “Como” ilə İtaliya A Seriyasına yüksələn Sesk Fabreqasla əlaqə qurulduğu bildirilir. Fabreqas bu böyük fürsəti dəyərləndirməyə açıq olduğunu bildirsə də, onun gələcəyi ilə bağlı hələ dəqiq qərar vermədiyi vurğulanıb.
Qeyd edək ki, ispan menecer daha əvvəl Bundesliqa təmsilçisi “Bayer Leverkusen”dən Xabi Alonsonu əvəzləmək təklifini rədd etmişdi.
Göycə Göycəyev