“Netanyahu hər tərəfə atəş açır”
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, dünya miqyasında çalışırlar ki, o, 17 mart seçkilərində məğlub olsun. Yenicag.az müsavat-a istinadən xəbər verir ki, bu barədə o, ordu radiosu olan “Qaley TSAXAL”a müsahibəsində deyib.
“Bu, olduqca gərgin mübarizədir. Heç nəyə zəmanət yoxdur, çünki “Likud” hakimiyyətini devirmək üçün nəhəng beynəlxalq təzyiqlər var” – söyləyib baş nazir.
Öz növbəsində sol mərkəzçi koalisiya olan “Sionist ittifaqı”nın lideri İshaq Hersoq baş nazirin açıqlaması ilə bağlı qeyd edib ki, seçkilərin yaxınlaşması ilə əlaqədar Netanyahu “təzyiq hiss elədiyi üçün hər tərəfə atəş açır”.