Netanyahu Qətərə və ya Misirə müzakirəçilər göndərəcək

media-hightechnic-468x90

Qəzza zolağında radikallar tərəfindən saxlanılan bütün girovların azad edilməsi ilə bağlı danışıqların bərpası üçün İsrail nümayəndə heyətinin Qətərə və ya Misirə göndərilməsi qərarı Benyamin Netanyahu tərəfindən nəzərdən keçirilir.

Yenicag.az xəbər verir ki, bu barədə TASS-a yəhudi dövlətinin baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

“Qətərə və ya Misirə nümayəndə heyətinin göndərilməsi məsələsi baş nazir və nazirlər kabineti tərəfindən nəzərdən keçirilir”, – o məsələ ilə bağlı suala cavab olaraq deyib.

“Ynet” portalı isə İsrail mənbəsinə istinadən məlumat yayıb ki, Netanyahu Qəzza zolağına səfəri zamanı bütün girovların azad edilməsi və İsrail üçün məqbul şərtlərlə müharibənin dayandırılması ilə bağlı dərhal danışıqlara başlamaq əmri verdiyini bildirdikdən sonra Tel-Əviv hələ də Doha və ya Qahirəyə nümayəndə heyəti göndərməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa