"Netanyahu Trampı hücuma razı salmağa çalışır" - Omandakı danışıqlar İranın son şansıdır?

media-hightechnic-468x90

“Xamneyi Pezeşkianın mövqeyi ilə razı deyil və onun açıqlamasını təkzib edib”.

media-banner_tkm

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.

media-cf1b2e9e-5230-4b5e-a3e8-87f7607dc2c8

Politoloq nüvə proqramı məsələsində prezident və ali rəhbər arasında yaranan fikir ayrılığı haqqında öz fikirlərini bölüşüb:

“İran-Amerika münasibətləri getdikcə gərginləşir. Amerika İran ətrafında çox böyük ordu, sualtı qayıqlar, təyyarələr cəmləşdirərək İranı təhdid edir ki, nüvə proqramından əl çəksin. İran Prezidenti Pezeşkian nüvə silahı hazırlamaq niyyətinin olmadığını açıq şəkildə bildirsə də, Xamneyi və molla rejiminin bütün rəhbərliyi Oman görüşündən dərhal sonra bu proqramdan əl çəkməyəcəyini açıqladı. Rejim, bundan əlavə, ballistik raket proqramına da davam edəcəyini bəyan etdi. Onlar nüvə proqramını davam etdirməyi özlərinin real haqqı hesab edirlər. Buna görə də İranın siyasi rəhbərliyində ikili standart hökm sürür. Bir tərəf proqramı davam etdirəcəyini iddia edir, digər tərəfdən prezident isə Amerikanı sanksiyaları geri çəkməyə çağıraraq proqramdan imtina edildiyini bildirir”.

E. Həsənov qeyd edib ki, İranın ali dini rəhbəri prezidentin açıqlamasına önəm verməyərək nüvə proqramını davam etdirə bilər:

“İran rəhbərliyində olan Xamneyi və onun mühafizəkar dəstəsi prezidentin mövqeyinə qarşı çıxaraq proqramı davam etdirəcəklər. Ölkə rəhbəri isə islahatçı qanadın üzvüdür və İranı inkişaf etdirməyə çalışır. O, İranı ABŞ və İsrailin zərbələrindən qorumağa cəhd edir. Nəzərə salsaq görərik ki, molla rejiminin hakimiyyəti dövründə əhali onsuz da ağır vəziyyətdə yaşayır, milli valyuta dəyərdən düşüb, alıcılıq qabiliyyətini itirib. Digər tərəfdən, sanksiyalara məruz qaldıqları üçün öz məhsullarını xaricə sata bilmirlər. Onların ixrac etdiyi neftin 90 faizini Çin çox ucuz qiymətə alır.

Bu nöqteyi-nəzərdən mən hesab etmirəm ki, rejim nüvə proqramından əl çəksin. Ona görə də düşünürəm ki, indiki situasiyada Omanda keçirilən danışıqların ikinci mərhələsində bu öhdəliyi üzərlərinə götürməsələr, ABŞ və İsrailin zərbələrinə məruz qalacaqlar. Bununla bağlı Netanyahu dünən ABŞ rəhbəri ilə görüş keçirib və hesab edirəm ki, o da Amerikanın İrana hücum etməsi üçün çalışır. Tramp səbirli davranır və istəyir ki, hər şey danışıqlar yolu ilə həll edilsin. Hesab edirəm ki, İran nüvə proqramından əl çəkməklə bağlı müqaviləyə qol çəksə, müharibədən qaçmaq mümkün olacaq. Əks halda, müharibə qaçınılmazdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05