İsraildə yenidən baş nazirlik postuna oturacaq Benyamin Netanyahu gələcəkdə cızacağı siyasi yolun anonsunu verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu Səudiyyə Ərəbistanının “Al Arabiya” televiziyasına müsahibə verib.
Netanyahu bəzi ərəb ölkələrilə imzaladıqları “Abraham” adı verilən normallaşma anlaşmasını genişləndirmək istədiyini qeyd edib. O bildirib ki, Səudiyyə Ərəbistanı ilə də bənzər anlaşma imzalana bilər.
“Bu, İsrail ilə ərəb dünyası arasında sülh üçün böyük sıçrama olacaq. Bölgəmizi təsəvvür edilməyəcək şəkildə dəyişdirəcək. Nəhayət, İsrailə Fələstin arasında sülhün əldə olunmasını da asanlaşdıracaq deyə düşünürəm, buna inanıram”, – deyə Netanyahu vurğulayıb.
www.yenicag.az