Netanyahudan Makrona sərt məktub: “Fələstin dövlətini tanımaq antisemitizmi qızışdırır”
İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu sərt tənqid edib. O, Fransa liderinin Fələstin dövlətini tanımaq qərarını antisemitizmi gücləndirməkdə günahlandırıb.
Yenicag.az AFP-yə istinadən xəbər verir ki, Netanyahu Fransa liderinə yazdığı məktubda Fələstin dövlətini tanımaq qərarı ilə antisemitizmi gücləndirməkdə günahlandırıb.
Netanyahu məktubunda yazıb:
“Sizin Fələstin dövlətinə çağırışınız bu antisemitik alova benzin tökməkdir. Bu, diplomatiya deyil, təslimçilikdir. Bu addım HƏMAS terrorunu mükafatlandırır, girovları azad etməyə imtina edən HƏMAS daha da qızışdırır, Fransadakı yəhudiləri təhdid edənləri ruhlandırır və küçələrinizdə dolaşan yəhudi nifrətini təşviq edir”.
Qeyd edək ki, Netanyahu bu gün Avstraliyanın Baş nazirinə də oxşar məktub göndərib.