“Newcastle United” onu transfer etdi – 5 illik müqavilə İMZALANDI

media-hightechnic-468x90

 

İngiltərənin “Newcastle United” klubu İspaniyanın “Malaga” komandasından Antonio Cordero ilə rəsmi müqavilə imzalayıb.

Yenicag.az xəbər verir ki, “Antonito” ləqəbi ilə tanınan gənc futbolçu “Newcastle” ilə 5 illik müqaviləyə imza atıb. Transfer qarşılığında “Malaga”ya heç bir ödəniş edilməyib.

Bir müddətdir adı İngiltərə təmsilçisi ilə hallanan Cordero artıq rəsmən “Newcastle United”in futbolçusudur. Klub rəhbərliyi onun potensialına inandığını və UEFA Çempionlar Liqasında komandaya faydalı olacağını düşündüyünü bildirib.

Digər tərəfdən, belə bir istedadlı oyunçunu pulsuz şəkildə əldən verən “Malaga” rəhbərliyi azarkeşlər və müxalif qruplar tərəfindən “saflıq”da ittiham olunub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600