“Nəzər Nöqtəsi” layihəsi yekunlaşdı – Fotolar

media-hightechnic-468x90

10836346_914663278573546_995732035_n “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Nəzər Nöqtəsi” layihəsi artıq yekunlaşdı.

Layihə 6 dekabr – 10 dekabr 2014-cü il tarixləri aralığında keçirilib.
“Nəzər nöqtəsi”nin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması, beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, dünya arenasına “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etmək olub.

Layihə çərçivəsində gənclər 5 gün ərzində təlimləndirildikdən sonra aldığı bilikləri tətbiq etmək imkanları qazanıblar. Təlimlər ümumi olaraq “Azərbaycanın siyasəti”, “Komanda quruculuğu”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Dağlı Qarabağ” haqqında olub. Layihə müddətində təlimçi Eldəniz Əsədov, Asif Nəsibov və Elman Nəsirov gənclərə maraqlı təlimlər keçiblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “gənclər paytaxtı” seçilən Quba şəhərinin Gənclər Mərkəzində keçirilib. Layinənin son günündə gənclərə şəhadətnamə verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600