Nəziri elektron qaydada ödəyəcəyik? - AÇIQLAMA

media-hightechnic-468x90

Məscidlərdə nəzir qutularına ianələrin ödənilməsi ilə bağlı yeni qaydalar hazırlanır.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, hazırda qaydalarla bağlı təkliflər hazırlanır.

“Hələlik ianələrin elektron ödənilməsi ilə bağlı qaydalar təsdiq olunmayıb. Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir. Qərar qəbul edilərsə, şərtlər çərçivəsində ianələrin qəbul edilməsi şərtləri açıqlanacaq”, – deyə o əlavə edib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600