Niderland Ukraynaya hərbçi göndərilməsini istisna etmədi

media-hightechnic-468x90

Niderlandın yeni müdafiə naziri Dilan Yeşilgöz-Zegerius sülh razılaşması əldə olunacağı təqdirdə ölkə hərbçilərinin Ukraynaya göndərilməsi imkanını istisna etməyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, O, bu barədə “De Telegraaf” qəzetinə müsahibəsində bildirib.

“Mən bu imkanı istisna etmirəm. Lakin sələfim kimi, bu məsələdə tələsmirəm və “bəli” və ya “xeyr” demirəm, çünki bu sual hərtərəfli qiymətləndirilməlidir”, – deyə nazir qeyd edib.

Yeşilgöz-Zegeriusun sözlərinə görə, belə bir addım müzakirə olunarkən konkret şərait, əməliyyatın formatı və müvafiq mandatın mövcudluğu nəzərə alınmalıdır./Apa/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05