“Plastik əməliyyatlardan sonra bir müddət toylara və məclislərə getmirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Nigar Şabanova “Duz-istiot” verilişində deyib.
Sənətçi yaşının çox olmamasına baxmayaraq, tez-tez plastik əməliyyat etdirdiyini bildirib:
“İndiyə qədər 5-6 dəfə plastik əməliyyat etdirmişəm. Xoşuma gəlir. Yenə də davam etmək fikrindəyəm. Növbəti dəfə üzümdə və burnumda əməliyyat etdirəcəyəm. Mən əməliyyata, adətən, Məhərrəmlik və Ramazan aylarında gedirəm, toylar olmayanda. Əməliyyatdan sonra toylara və məclislərə getmirəm”.
Nehru
www.yenicag.az