Nişanı olan oğlan yol qəzasında ölüb-Ağstafada

media-hightechnic-468x90

скачанные файлыAğstafa rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Ağstafa rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə ötən gecə rayonun Poylu kəndi ərazisində qeydə alınıb.

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini, 26 yaşlı Elçin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib, maşında olan sərnişinlər Aşağı Kəsəmən kənd sakinləri – 19 yaşlı Qara Məmmədov, 25 yaşlı Emin Pənahov, onunla eyni yaşda olan Tərlan Hüseynli müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, dünyasını dəyişən E. Məmmədovun dünən nişan mərasimi olub.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa