Nobel mükafatının qalibləri bəlli olub

media-hightechnic-468x90

Nobel_madalyasi Fiziologiya və tibb üzrə Nobel mükafatı Con O’Kif, May-Britt Moser və Edvard İ.Moserə verilib.

2014-cü ilin Nobel mükafatı “Beyində mövqe müəyyənləşdirmə sisteminə cavab verən hüceyrələrin kəşfi”nə görə təyin olunub. Mükafatın yarısı Con O’Keefeyə, yarısı isə norveçli cütlüyə verilib.

Bu üç alim birlikdə beyində GPS sistemini xatırladan və insanlara məkanda istiqamətlənməyə, mövqe tutmağa kömək edən beyin hüceyrələrini kəşf ediblər.

“Onların işi onu göstərdi ki, kəllə beynində sinir hüceyrələri necə mürəkkəb bir intellektual prosesdən keçir”, – deyə komitənin açıqlamasında qeyd olunub.

Con O’Kif (John O’Keefe) 1939-cu ildə Nyu-Yorkda doğulub. O, ABŞ vətəndaşı olmaqla yanaşı, həm də Böyük Britaniya təbəəsidir və hazırda London Universitetinin kollecində dərs deyir. Con O’Kif beyindəki “mövqe müəyyənləşdirmə” sistemimin 1-ci komponentini – sinir hüceyrəsini 1971-ci ildə kəşf edib, 2005-ci ildə Moser cütlüyü sistemin digər komponentlərini də kəşf edib.

Norveç təbəəsi olan Moser cütlüyü Tronheymdə Texniki və Təbii Elmlər Universitetində dərs deyir.

Mükafatçılara diplomlar və qızıl medal təqdim ediləcək. Mükafatın pul hissəsi 8 milyon kron (1,1 milyon ABŞ dolları təşkil edir). (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600