!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nobelin bir addımlığındakı alimimizin önünü kim kəsdi?

!Reklam – Yazi

Ambarasdan keçəndə…

Azərbaycanın, Səfəvilərin, qədim Atabəylər dövlətinin strateji nöqtəsi hesab edilən qədim Naxçıvan torpağı “Şərqin qapısı” adlandırılırdı. Bundan əlavə olaraq qədim Ordubad şəhəri isə özünün ziyalı alimləri ilə tanınmışdır və onların səsi-sədası uzaq ölkələrin elm ocaqlarından gələrdi. Məhz bunun nəticəsi idi ki, dövrünün tanınmış tarixçisi Həmdullah Qəzvini özünün əsərlərində Ordubad şəhərini Azərbaycan Səfəvilərinin paytaxtı olmuş Təbriz şəhəri ilə eyniləşdirərək “Təbrizin gül bağçası” adlandırırdı.

Səfəvi imperatorlarının (şahlarının) yay iqamətgahı olan bu məhəllə dağlar qoynunda yerləşdiyindən və sərin bulaqlarından, “təmiz suyu və havası olan məkan” mənasını verir. Sovetlər hakimiyyətə gəlməmişdən əvvəl isə şəhərin tanınmış alim, üləmaları, seçilən bəyləri Ambaras adlı məhəllədə yaşayardılar. Ambaras elmin, ziyalılığın behiştidir. Bu küçədən keçərkən yaddaşımda hopub qalmış ailəmizdə, evimizdə tez-tez eşitdiyimiz bu sözləri xatırlayıram “sizdə filankəs kimi böyüyəndə elmə, biliyə yiyələnin. Onlar kimi olun”. Aşağı Ambarasda olanda örnək göstərilən qohum-əqrəbadan biri də o şəxsiyyət idi. Onun ev muzeyinin yanından qürurla keçirik və o alim hər zaman örnəkdir bizim üçün. O görkəmli alimə olan sevgi və hörmət bütün dünya alimlərini nənəmgilin məhləsinə gətirirdi.

Yusif Məmmədəliyev 1905-ci ilin dekabr ayının 31-də Ordubad şəhərinin Ambaras adlı məhəlləsində, şəhərin sayılıb-seçilən din xadimi və bəylərindən hesab edilən Heydər bəy Məmmədəliyevin ailəsində dünyaya göz açır. Biz onu Yusif kimi tanısaq da, əsl adı Yusufdur. Anası Gülsüm Məmmədəliyevanın şərq poeziyasına olan marağı Yusufdan da yan keçmir. Qədim Ambarasın füsunkar təbiəti Yusufun kimya elminə olan marağını artırsa da, Gülsüm xanımın şeirli söz boxçası balaca Yusufu da bir o qədər ədəbiyyata bağlayırdı. Orta təhsilini başa vurduqdan sonra, elə doğma Ordubadın da müəllimi kimi ilk əmək fəaliyyətinə başlayır. Yusuf Məmmədəliyevi tanıyan insanlar onun kamil insan olmaqla yanaşı , “hipoteziya elminin bilicilərindən” olduğunu söyləyirdilər.

Erməni soyqırımından qaçan ailənin dramı…

“Arazı keçəndə qayıq aşır və qardaşı İlyas çayda boğulur”.

Sovet hakimiyyəti Azərbaycana döndü, bolşevik və menşevik qrupları Cənubi Qafqazda ağalıq etməkdə davam edirdi. Qədim Naxçıvan torpağı da bu hücumlardan yan keçə bilmirdi. “Böyük Ermənistan” xülyasıyla Ordubadda hərc-mərcliyini davam etdirən “Daşnakstun” partiyası ziyalı bəyləri, elm xadimlərini, ağaları həbs edir, uzaq Sibirə göndərir. Bir sözlə, ölkəmizin genefonduna və genepopulyasiyasına zərbə endirmək məqsədi ilə öz havadarları ilə məkrli planlanmış siyasət yürüdürdülər. Onlar baş götürüb öz ata ocaqlarından qaçırdılar.

Atası Heydər bəy doğma ocağının talanacağını görür, ailəyə ediləcək qanunsuz siyasi oyunları öncədən təxmin edirdi. Günəş Ambarasda qürub edəndə Heydər bəy ev-eşiyi bağlayır, açarı dama ataraq, ailəsini götürərək üzünü cənuba tutur. Evini , el obasını məcburi tərk edən bu ailə sakit axan Araz çayını keçərək və bununla da yeni həyata başlayacaqdı. O həyat ki, ölümdən qurtaran ailəyə yeni bir nəfəs, işıq olacaqdı. Onlar qayıqla Ordubaddan çayı cənuba tərəfə keçərkən Araz birdən-birə sakitliyini pozur, qayıq tərsinə çevrilir. Faciədə ailənin böyük oğlu İlyas Araz çayında həyatını itirir. Yusuf isə qardaşı İlyası hər zaman xatırələrində yad edir onu ağıllı və kamallı, qibtə etdiyi ailə üzvü kimi xatırlayır.

Şeyx Məhəmməd Xiyabani ilə görüş və ata ocağına dönüş…

Cənubda hər zaman şimal həsrəti ilə döyünən Yusif burada da siyasi həyatda fəal iştirak edir. Məşrutə inqilabının lideri olmuş Şeyx Məhəmməd Xiyabani hərəkatına qoşulur. Şeyx Məhəmməd Xiyabani ilə xalqa nitq söyləyən Yusifin natiqliyinə, savadına və istedadına Xiyabani səviyyəsində qiymət verilir. “Xiyabani” hərəkatı devrildikdə artıq şimalda onlara qoyulan sürgün həyatı sona çatmışdı. Ailə yenidən öz ata ocağına dönürdü. 1925-ci ildə isə Yusif Məmmədəliyev doğma Azərbaycanına olan məhəbbətini, öz gənclik həyatını Sovet Azərbaycanında belə qələmə almışdı. Bu onun gənc gözüylə vətəni Azərbaycana olan uzaq ölkələrdən, uzaq ellərdən sədaqəti idi:

Keçib gözəlliyi görməyə gəldim,
Bağçadan dərdiyim pəmbə güllərdən,
Qurtuluş çələngin hörməyə gəldim.
Öksüz cocuqların inləməsindən
Tasalı qızların yanıq səsindən
Ümidli gəncliyin son nəfəsindən
Ötüb gözəlliyi görməyə gəldim
Vətən həsrəti də axmış dərindən
Keçmiş qəlbimin rişələrindən
Dinclik axtarırdım bu həyatda mən
Narahat bir ömür sürməyə gəldim

Yuxarı misralardan da göründüyü kimi Yusuf Məmmədəliyev Məşrutə inqilabının devrilməsi, şimaldan isə ailənin cənuba köçməsi – Y.Məmmədəliyevin həsrət illəri onun Vətənə bağlılığından, ümidli gənclik illərinə isə son nəfəsindən xəbər verirdi. O vətəninə döndükdə Sovet Azərbaycanı ilə də barışmırdı. M.S.Ordubadinin atası şair Hacıağa Fəqir Ordubadinin Ordubad “Qeysəriyyə”sindəki “Əncümani-şüəra” (Şairlər məclisi, Yaxın Şərqin dahi şairlərinin qəzəl yığıncağının keçirildiyi yer) fəal iştirak edirdi. Ədəbi fəaliyyəti ilə tanınsada ömrünün elmi fəaliyyətini gələcəkdə kimya elmi ilə bağlasa da, o, ədəbi mühitdən uzaq durmurdu, 1937-ci ilin qırmızı təqvim günlərində sürgün yazıçı-şairlərin ailələri ilə belə çəkinmədən görüşmüşdü. Kimyaya olan marağını “Etiraf” şeirində belə xatırlayırdı:

Vurğun poeziyası gərəyim oldu
Bu mənim əzəli diləyim oldu
Yetirdim əlimi elmin canına
Düşdüm kimyanın tor girdabına
Toru doğrayıb aça bilmədim
Kimya tilsimindən çıxa bilmədim

Qızı Akademik Sevda Məmmədəliyevanın müsahibəsinin birində atası Yusif Məmmədəliyevin H.Cavid, S.Vurğun, M.Rzaquluzadə, Tahir Salahov kimi şəxsiyyətlərlə dostluq etməsi haqqında məlumatlar öz əksini tapmışdır.

Bakıya gedən ömür hekayəsi…

1923-cü ildən Yusif Məmmədəliyevin Bakı həyatı başlayır. Azərbaycan Dövlət Pedoqoji universitetinin tələbəsi olur. Universiteti bitirdikdən sonra bir müddət Gəncə şəhərində müəllim işləyir. Kimya elminə olan maraq Məmmədəliyevi Lomonosov adına Moskva Dövlət Universitetinə aparır. Elmi müdafiəsindən bir müddət sonra Moskvada kimyaçı (zavod) kimi fəaliyyətini davam etdirir. Rəsmi Bakının istəyi ilə o Bakıya qayıdır. Daha sonra neft-kimyası sahəsində Moskvada doktorluq işini müdafiəsi etmişdir . Görkəmli ailim Yusif Məmmədəliyevdə üzvi, aşqarlar və neft kimyasına marağı daha çox olmuşdur

Azərbaycanın ilk kimyaçı akademiki Yusif Məmmədəliyev Bakıdakı həyatını doğma Azərbaycanına həsr etmişdir. Onun Bakıda əsas fəaliyyəti: O Azərbaycan Milli Elmlər Akademiyasını təsis edən 9 alimdən biri olmuşdur. Akademiya nəzdində neft-kimya prosesləri institutunu yaratmişdir. Şamaxı Astrofizika rəsədxanasının yaradılması və xaricdən ən müasir texnologiyaların oraya gətirilməsiə kömək etmişdir. Azərbaycan tarixinin və azərbaycançılıq məfkurəsinin öyrənilməsi məqsədi ilə Milli Əlyazmalar Fondunu yaranmasında böyük əməyi olmuşdur və Sumqayıt Kimya Zavodunun fəaliyyətə başlaması mühüm neft və kauçukun istehsal proseslərinin də həyata keçirilməsi görkəmli alimimizin adı ilə bağlıdır.

Alkilləşmənin atası…

AMEA yaradılarkən Rusiya Elmlər Akademiyasının prezidenti aşqarlar kimyasında uğurlarını nəzərə alaraq akademiki alkilləşmə reaksiyalarının kralı adlandırmışdır.

Akademik Yusif Məmmədəliyev Bakıda bir sıra elmi ixtiraların, kəşflərin müəllifidir. Naftalan neftinin müalicəvi kimyəvi tərkibinin öyrənilməsi, onun naften karbohidrogenləri ilə zəngiliyindən qaynaqlandığını bildirir. Moskvada ikən alkilləşmə reaksiyalarının üzvi tərkibi və bir sıra reaksiyaları, hansı ki böyük sənayə əhəmiyyətli olduğunu kəşf edir: kimyəvi sintez, kataliz reaksiyalarını kəşf edərək neft kimyasına yeniliklər gətirir.
Polimerləşmə reaksiyalarının tərkibi reaksiyaları əsasında polietilen sintetik kauçukun alınmasına avtomatlaşdırılmış qurğularla, neft-qaz, neft-kimya zavodlarında bunun tətbiqini kəşf edir. Partlayıcı maddə (tank əleyhinə) trotilinin alınması üçün ilkin tololun istehsal reaksiyasının kəşfi və xalq arasında “təyyarə benzini” adlandırdığımız “ağ neft”in, yəni oktan -8- izopropil benzolun alınması reaksiyasınıı dünya kimya elmi tarixində ilk dəfə kəşf edilir.

Bunun nəticəsidir ki, akademik Yusif Məmmədəliyevin kəşfləri ABŞ, Rusiya və sair ölkələrin elmi ocaqlarında tədris olunur, onun reaksiyaları əsas götürülürdü.

Y.Məmmədəliyev ümumiyyətlə 200-dən çox kimya sahəsində əsərlərin müəllifidir.

“Oktan -8”-in kəşfiylə SSRİ İkinci Dünya Müharibəsini qazanır. 1941-1945-ci illərdə Yusif Məmmədəliyevin neft-kimyası sahəsində etdiyi ixtiralar təbii ki İkinci Dünya Müharibəsi illəri Sovet Azərbaycanının qələbəsi idi. Danılmaz faktdır ki, SSRİ ordusuna sərf olunan yanacağın 80%-i Bakı neftindən xammal olaraq istifadə olunurdu. Bundan əlavə alimin elmi kəşfləri içərisində SSRİ ordusunun qələbəsinə səbəb olan iki ixtirası olmuşdur ki, onun sayəsində keçmiş SSRİ müharibəni qazanmışdır.

Mir Cəfər Bağırov maddədən götürərək ətrafa sıçradır…

Bəlkə də bu iki kəşfi Azərbaycanlı alimin şah əsəri hesab etmək olar. Bunlardan ilki tank qurğularının məhv edilməsi üçün partlayıcı maddə trotilin reaksiya ilə alınması üçün ilkin maddə hesab edilən “tololün” kəşfi idi. Bunun nəticəsində keçmiş SSRİ ordusu faşist Almaniyasının tank qurğularını məhv etməklə qələbəyə nail oldu. SSRİ zamanında Bakıda bunun kəşfinin müəllifi olan akademik Yusif Məmmədəliyevin adı gizli saxlanılırdı. Hətta alim bunu kəşf edərkən qaynaqlardan araşdırarkən məlum oldu ki, keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov alimin kəşfini rəsmi Kremlə bildirməkdən çəkinir, şübhə ilə yanaşır və maddədən nümunə götürərək ətrafa sıçradır. Obyektin odadavamlı kərpici əriyir, metal borularsa məhv olur.
Daha sonrakı şah əsəri isə alkilləşmə reaksiyaları ilə əldə etdiyi oktan -8 və ya izopropil benzolun alınması idi. Alimin bu kəşfi nəticəsində yüksək keyfiyyətli aviasiya benzini ilə SSRİ qırıcı təyyarələri nasist Almaniyası hərbi hava qüvvələrindən iki dəfə yüksəkliyə qalxır və hündürdən aşağıda qalan alman təyyarələrini məhv edir. Bunun sayəsində SSRİ müharibəni qazanmasında müstəsna xidmətlərdən hesab olunur.Müharibəni qazandıqdan sonra isə akademik Moskvada Xruşşovla birlikdə SSRİ hərbi paradını qəbul edir. Dünya alimləri artıq onu “alkilləşmənin kralı” kimi tanıyırdılar.

Xruşşovun sədrliyi ilə büro iclası çağırılır; Nobelə namizədliyi və erməni xisləti…

İki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş, Azərbaycan Pedoqoji Universitetinin rektoru olmasına baxmayaraq, Azərbaycanın ilk kimyaçı akademiklərindən Yusuf Məmmədəliyev vaxtını “kimya elminin tilsimlərinin” açılmasına həsr etdi. Daim sadə həyat yolunu da öz həyat amalından ayırmayan kimyaçı aliminin fəaliyyətini siyasi qiymət verilməsi üçün SSRİ MK birinci katibi Xruşşov tərəfindən büro iclası çağırıldı və Xruşşov Sov.KP MK büro iclasından qərarla azərbaycanlı alimin “oktan -8” (aviasiya benzini və ya zopropil-benzol) kəşfinin Nobel mükafatı komitəsinə göndərilməsini təklif vermişdi.

Büro iclasının sonu:

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədri ilə SSRİ Müdafiə Nazirinin təklifində ziddiyət;

1954-cü il Kreml, Moskva…

Kim bilir, bu divarlar arxasındakı iclaslarda neçə-neçə günahsız insanın haqqı tapdalanıb …!
Amma bunu edənlər görəsən düşünmürdülər ki, bir gün elə bu divarlar arxasındakı sirlər açılacaq? SSRİ büro iclasında Xruşşovun təklifi üzərində dursada, iclasın sonunda SSRİ-nin daxili siyasətinə zidd şəkildə dövlət və dövlətçilik siyasətinə kölgə düşürən mənfur ermənilər azərbaycanlı alimin ixtiralarının Nobel komitəsinə təqdim edilmə qərarına etiraz məktubu yazmışdılar. Mərkəzi Komitə katibliyinə büro iclasında oxunması üçün ünvanlanmış məktubun müəllifi Sovet Ordusu Arxa Təchizat idarəsinin rəisi marşal Baqramyanidi. Tank qoşunları komandanı general Baqramyanın imzaladığı məktubda dövlət və hərbi sirr bəhanələrini uyduraraq akademik Yusif Məmmədəliyevin “Nobel” mükafatı laueratının verilməsi üçün qərarın Stokholma göndərilməsinə etiraz edir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Mikoyan isə məktubu oxuduqdan sonra, onları dəstəkləməyə başlayır. Gərgin keçən büro iclasında ikinci məktubu SSRİ DTK-nın sədri Şepilov isə alimin ixtirasının heç bir dövlət sirri olmadığını bildirir. Büro iclası ilk razılığa gəlsədə, mənfur düşmənlərimiz irqçiliklə, paxıllıqla alimimizə “Nobel” mükafatına namizədliyinin getməməsinə nail olurlar. Yusif Məmmədəliyev isə mənfur ermənilərin etdiyi bu siyasi tərbiyəsizliyə qarşı ruhdan düşmədi, tam əksinə müəllifi olduğu “oktan -8”-dən yüngül yanacağın alınması reaksiyasını kəşf etdi. Bunun sayəsində Yerin, ilk peykin orbitə buraxılması, kosmik fəzada ilk kosmik uçuş – Y.Qaqarinin uçuşunun həyata keçirilməsinə nail oldu.

Y.Məmmədəliyev haqqında məktubla Azərbaycan xalqına qarşı öz mənfur xislətini bəhanələrlə biruzə verən Mikoyanlar xəbərsiz idirlər ki, alimin kəşfləri artıq ABŞ, İspaniya, İtaliya, Fransa, İngiltərə, Polşa, Macarıstan kimi ölkələrin elmi jurnallarında açıq şəkildə məqalələrdə yazılırdı. Təbii olaraq hər yerdə onların “cığal”, düşmənçilik syasəti özünü büruzə veriridi ..

Azərbaycanın adını öz ixtiralarıyla dünyaya tanıdan alim 55 yaşında 1961-ci ildə Bakıda vəfat edir, Fəxri Xiyabanda dəfn olunur.

100 illiyinə siyasi qiymət…

Yusuf Məmmədəliyevin elmi ixtiraları keçmiş SSRİ məkanında, müasir Azərbaycanımızda hər zaman diqqət mərkəzində olmuşdur. Nitroksilin(maddənin adı E.S) yaradıcısı olduğu AMEA-nın Neft-kimya prosesləri institutuna onun adı verilmiş, Ordubadda və Bakıda ev muzeyi, büstü və heykəli olan parklar salınmışdır. Sovet Azərbaycanı dönəmində ulu öndər H.Əliyev onun haqqında belə söyləmişdir: “O, öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yaratmaqla Azərbaycan elmini təşkil etmək, inkişaf etdirmək sahəsində fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə daxil olmuşdu; onu məmnuniyyətlə xatırlayırıq, onun əziz xatirəsi qarşısında baş əyirik. Cənab prezident tərəfindən isə Y.Məmmədəliyevin 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalanmış, Ordubadda ev muzeyi əsaslı təmir edilmişdi və Cənab Prezident İlham Əliyev Ambaras küçəsini ziyarət edərək açılışda iştirak etmişdir.

YUNESKO Mərkəz Qərargahı Y.Məmmədəliyevin yubileyini təntənə ilə qeyd etmişdir.

Elçin Süleymanov
Bakı,Azərbaycan

 

 

 

 

COP29

www.yenicag.az

2343
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv