Qiymət fərqi yarmarkada niyə yaranır? Ekspertdən ərazi tələbat zəncirinə İZAH
Məhsulların qiymətinin formalaşmasına təsir edən əsas amillərdən biri istehlakçı tələbatıdır.
Bu barədə Yenicag.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.

Onun sözlərinə görə, son günlər təşkil olunan kənd təsərrüfatı yarmarkalarında müşahidə edilən qiymət fərqlərinin bir neçə səbəbi var. İlk növbədə, yarmarkanın yerləşdiyi ərazi qiymətlərin müəyyənləşməsində mühüm rol oynayır.
Ekspert qeyd edib ki, məhsulların satış nöqtəsinə çatdırılması zamanı daşınma xərcləri nəzərə alınır və bu amil qiymətin artmasına və ya azalmasına birbaşa təsir göstərir.
“Daşınma xərclərini nəzərə alsaq, yarmarkanın yerinin əhəmiyyəti çox böyükdür. Bundan əlavə, qiymətə təsir edən digər vacib faktor məhsulun növü və keyfiyyətidir. Eyni məhsul olsa belə, çox vaxt keyfiyyət fərqi olur və bu da satış qiymətində özünü göstərir,” – deyə o qeyd edib.
Ətraflı videomaterialda:
Samir Məcid












