Tehranın qlobal müharibə xofunun pərdəarxası: İran Avropadakı 5 min ABŞ uçuşuna niyə göz yumdu?

media-hightechnic-468x90

NATO-nun Baş katibi Mark Rütte ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı Avropadakı hərbi bazalardan Tehrana qarşı təxminən 5 min uçuş həyata keçirildiyini bəyan edib. Etiraf fonunda rəsmi Tehranın bu hücumlara niyə səssiz qaldığı və hər hansı bir radikal addım atmadığı ciddi suallar doğurur.

media-banner_tkm

Məsələni Yenicag.az-a şərh edən politoloq Elçin Abdullayev bildirib ki, NATO rəhbərliyinin səsləndirdiyi bu faktlar İran hakimiyyəti üçün heç də gözlənilməz deyil:

media-img_20230524_181213

“NATO-nun baş katibinin açıqlaması heç də İran rəhbərliyi üçün gözlənilməz və ya sirr deyil. Nəzərə alsaq ki, dünyanın inkişaf etdiyi, texnologiyaların irəliyə getdiyi bir vaxtda ABŞ-İran müharibəsi zamanı ABŞ təyyarələrinin Avropadakı bazalardan qalxmasından İran rəhbərliyi məlumatlı idi. Sual yarana bilər ki, rəsmi Tehran ABŞ təyyarələrinin Avropa bazalarından qalxdığından məlumatlı idisə, niyə İran o ölkələri hədəfə almadı? Cavabı odur ki, burada iki səbəb hiss edilir. İlk növbədə Tehran Amerika təyyarələrinin qalxdığı dövlətləri hədəf alsaydı, müharibə regional çərçivədən qlobal çərçivəyə çıxmış olardı. Bunun isə Tehran üçün bədəli çox ağır ödənilə bilərdi. Digər tərəfdən Tehran rəhbərliyi hal-hazırda Amerika ilə Avropa dövlətləri arasında kifayət qədər soyuqluq olduğunu dərk edir. Tramp hakimiyyətə gəldikdən sonra ABŞ və Avropa arasında sərin küləklər əsməkdədir. Belə olduğu təqdirdə İran Avropanı hədəf almaqla Avropa və ABŞ arasında yaranmış məsafəni aradan qaldıraraq onları yaxınlaşdıra bilərdi ki, bu da bütövlükdə İranın NATO dövlətləri ilə qarşı-qarşıya gəlməsinə gətirib çıxaracaqdı. Bu isə İran üçün faciə ilə nəticələnə bilərdi və bunu İran rəhbərliyi də dərk edir.”

Politoloq qeyd edib ki, İran Mark Rüttenin bəyanatına ciddi reaksiya göstərməyəcək:

“Mark Rüttenin bəyanatına İran tərəfi sərt reaksiya verməyəcək, amma bu reaksiya sadəcə siyasi bəyanatlardan ibarət ola bilər. Qərbi hədəf almaq, Qərb ölkələrinə raket atmaq İran üçün fəlakətə bərabər olardı.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05