Rusiyada böyük xaos: Qida daşınması dayanır, qiymətlər kəskin bahalaşdı

media-hightechnic-468x90

Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliyin tətiklədiyi qlobal enerji böhranı Rusiya daxili bazarında kəskin yanacaq qıtlığına yol açıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, ölkənin Volqaboyu, Cənub və Şimal-Qərb vilayətlərindəki yanacaqdoldurma məntəqələrində kilometrlərlə uzanan növbələr qida loqistikasını dayanma nöqtəsinə gətirib. Yerli rəhbərliklərin benzin və dizel satışına qəfil məhdudiyyətlər tətbiq etməsi tədarük zəncirində genişmiqyaslı xaos yaradıb.

media-putinin-basini-belaya-sokan-mektup-ifsa-oldu-marketler-urun-bulamiyor-tirlar-yollarda-1800567_photogallery_20260701130447_2

Məhsul daşıyan tırların yollarda qalması səbəbindən qida istehsalçıları böyük market şəbəkələrinə təcili xəbərdarlıq məktubları göndərməyə başlayıblar. Ulyanovskdan sızan bir məktubda istehsalçılar yaranmış vəziyyətin tamamilə fors-major olduğunu bildirərək, çatdırılma müddətlərinin pozulmasına görə onlara cərimə sanksiyalarının tətbiq edilməməsini xahiş edirlər.

media-putinin-basini-belaya-sokan-mektup-ifsa-oldu-marketler-urun-bulamiyor-tirlar-yollarda-1800567_photogallery_20260701130447_3

Sahə rəhbərlərinin sözlərinə görə, əvvəllər 10 dəqiqə çəkən yanacaqdoldurma prosesi indi növbələr ucbatından ən azı 2 saat vaxt aparır. Əsl böyük təhlükə isə əyalətlərdə yaşanır; gündəlik tələbat mallarını kənd və qəsəbələrə boşaldan yük avtomobilləri orada geri qayıtmaq üçün yanacaq tapa bilmirlər.

media-putinin-basini-belaya-sokan-mektup-ifsa-oldu-marketler-urun-bulamiyor-tirlar-yollarda-1800567_photogallery_20260701130447_4

Bu xaos fonunda “VIG Trans”ın təsisçisi İqor Rebelski bildirib ki, loqistika şirkətləri artıq müştərilərə dəqiq bir çatdırılma tarixi zəmanəti verməkdən qəti şəkildə imtina edirlər. Riskləri gözə alan şirkətlər isə xidmət qiymətlərini qaldırıb. MDB ölkələrarası seqmentdə daşıma haqları artıq 5% bahalaşıb və daxili bazarda da qiymət artımları qaçılmaz görünür.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05