Şəbnəmdən QADAĞA: "Bir tək Eyyub Yaqubovdan başqa heç kim..."
“Dost dediklərimdən çox səmimiyyətsizlik gördüm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “İbo şou”da deyib.
Özünə şəxsi studiya açan sənətçi bir neçə həmkarı çıxmaq şərti ilə digər həmkarlarına həmin studiyaya gəlməyi qadağan edib:
“Dost dediklərimdən çox səmimiyyətsizlik gördüm. Yol açdığım, kömək etdiklərimdən elə zərbələr aldım ki… Zərbə deməyim, çünki onlar kimdir ki, mənə zərbə vursunlar, sadəcə olaraq qəlbimi qırdılar. Qəlb qırmaq da Allahın xoşuna gəlməyən bir işdir. Ona görə də daha heç nəyimi paylaşmıram və onlardan uzaq dururam. Studiyamda öz işimi tək görürəm. Bir tək Eyyub Yaqubovun üzünə qapım açıqdır, bir də bir neçə sənətçi, qalanlarına qadağan etmişəm. Başqa müğənnilər studiyama gələ bilməz”.
Nehru













