Ana obrazlarının MAHİR İFAÇISI: Lətifə Əliyevanın DOĞUM GÜNÜDÜR

media-hightechnic-468x90

Elə aktyorlar, aktrisalar var ki, ömrünün müəyyən mərhələsində milli kinomuzun şedevrləri sayılan filmlərimizdə və Azərbaycan teatr səhnəsində elə obrazlar yaradıblar ki, onlar bu gün çəkilməsələr də, həmin obrazlarla sözlərini deyiblər.

media-banner_tuq

Nəinki deyiblər, eyni zamanda adlarını kino tarixinə əbədi yazdırıblar. Onlardan biri də sevilən aktrisa, Xalq artisti Lətifə Əliyevadır. “Bəyin oğurlanması” filmində “Həsənin anası” kimi xatırlanan aktrisa milli kinomuzda saysız-hesabsız ana rolları ilə yaddaşlara həkk olunub. Hələ milli kino və teatr səhnəsində neçə-neçə obrazları canlandıra bilərdi, amma xəstəlik və özünə qarşı olan biganəlik onu sənətdən soyutmasaydı. Lətifə xanım illərdir ki, sənət cameəsindən aralı düşüb. Özünə qapanıb, demək olar ki, telefonu da hər kəsin üzünə qapalıdır. Həm də ruh düşkünlüyü yaşayan aktrisa şəxsi həyatında aldığı ard-arda zərbələrdən sonra doğma teatrından da uzaq düşdü, sevdiyi çəkiliş meydançalarından da…

Yenicag.az xəbər verir ki, bu gün onun doğum günüdür. Təəssüf ki, özəl günündə onunla əlaqə saxlamaq istəyimiz baş tutmadı. Vaxtilə işlətdiyi telefon nömrəsindən “səhv düşmüsünüz, bu, Lətifə xanımın nömrəsi deyil” cavabını eşitdik. Daha sonra vaxtilə çalışdığı Gənc Tamaşaçılar Teatrı ilə əlaqə saxlayıb, onun əlaqə nömrəsini soruşduq. “Bilmirik” sözündən sonra heç bir çarəmiz qalmadı.

Biz sadəcə onu təbrik edəcəkdik. Onsuz da Lətifə Əliyeva sənətdə sözünü çoxdan deyib. Onun canlandırdığı obrazlar hər zaman sevilib və seviləcək də… Bizə isə sadəcə olaraq demək qalır: yeni yaşınız mübarək, sevimli aktrisamız!

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05