Novruz bayramında əfv olacaq?

media-hightechnic-468x90

efv32“Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalana bilər”.

Bu barədə İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. O bildirib ki, əfv sərəncamının imzalanması mümkündür: “Sərəncam gözlənilir, lakin kimlərin əfv olunacağını dəqiq bilmirəm. 3 gün qabaq İşçi qrupunun QHT nümayəndələri ilə yığışmışdıq. Müzakirələr zamanı bir çox məsələləri danışdıq. Amma siyahı komissiyaya təqdim olunmayıb. Məsələ dəqiqləşəndən sonra təqdim edəcəyik”.

Qeyd edək ki, 2015-ci ilin dekabrın 29-da prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində əfv sərəncamı imzalayıb. Sərəncamla 210 məhbus azadlığa çıxıb.(Aznews)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600