!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çanaqqala zəfəri vətəni uğrunda şəhid olmağın müqəddəsliyinin sübutudur” - Novruz Məmmədov

!Reklam – Yazi

Türkiyədə Çanaqqala zəfərinin 100-ci il dönümü münasibəti ilə keçirilən və 16 dövlət başçısı ilə yanaşı yüzlərlə dövlət xadiminin iştirak etdiyi beynəlxalq səviyyəli tədbirdə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Heyəti əsas qonaqlardan biri oldu. Prezident İlham Əliyevlə Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi münasibət tədbirdən görüntülərdə də öz əksini tapdı.

Çanaqqala zəfərinin 100-ci il dönümü münasibəti ilə keçirilən tədbirlər üçün Türkiyəyə ezam olunan Yenicag.az-ın baş redaktoru Aqil Ələsgər məlumat verib ki, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın bu mötəbər tədbirdə yüksək səviyyədə iştirakını beynəlxalq aləmdə Türkiyə-Azərbaycan əlaqələrinin nə dərəcədə yüksək səviyyədə olmasının daha bir göstəricisi adlandırıb.

“Çanaqqala zəfəri vətəni, doğma torpağı sevməyin, onun uğrunda vuruşmağın və şəhid olmağın  müqəddəsliyinin sübutudur” deyən Novruz Məmmədov qeyd edib ki, “Bundan sonra da Azərbaycan və Türkiyə bu ruhda öz qardaşlığını, əməkdaşlığını və tərəfdaşlığını davam etdirəcək”.

Yenicag.az  

www.yenicag.az

893
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv