Novxanı çimərliyinə kanalizasiya suları axıdılır – Video

media-hightechnic-468x90

13918380_1798oNovxanı ərazisində yerləşən çimərliklərdən birində kanalizasiya suyunun Xəzər dənizinə birbaşa axıdılması müşahidə olunub.

media-banner_tkm

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edilib. Müraciətdən dərhal sonra nazirlik aiddiyyəti üzrə işçilərini hadisə yerinə yönləndirib.

Araşdırmanın nəticəsi barədə açıqlama verən ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları hadisənin baş verdiyi əraziyə baxış keçirib: “Əməkdaşlarımız faktı araşdırarkən Novxanı bağlar massivində formalaşan çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasını müəyyən ediblər. Faktla bağlı “Bağlar Sukanal” İdarəsinin rəisi İlqar Abdullayev İnzibati Xətalar məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub. Aşkar olunmuş ekoloji pozuntunun aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli məcburi göstəriş verilib”.(report)

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05