Rusiya prezident seçkiləri və Avropa İttifaqına üzvlüklə bağlı referendum öncəsi Moldovaya hibrid hücumlar dalğasını yönəltməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Britaniya kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan mənbələr nəşrə bildiriblər ki, Böyük Britaniya yaxın aylarda rus əməliyyatçılarının potensial təhlükəsinə qarşı çıxmaq üçün Moldova hakimiyyəti ilə kəşfiyyat məlumatlarını bölüşəcək.
Qeyd edək ki, bu gün, aprelin 30-da Moldovanın xarici işlər naziri Mixay Popşoy Londonda Böyük Britaniyanın Sənaye və İqtisadi Təhlükəsizlik naziri Nüsrət Qani ilə Rusiyanın “pozucu müdaxiləsini” müzakirə edəcək.
Nüfuzlu nəşr əlavə edib ki, bütün bunlar Moldova hakimiyyəti tərəfindən müxalifətin, xüsusən də Rusiyayönlü dairələrin, ölkənin deputatlarının kütləvi həbsləri, saxlanması və axtarışları fonunda baş verir.
Rafi Müslümov
www.yenicag.az