!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nüfuzlu nəşrdən İDDİA: İlham Əliyev Almaniya kanslerinə Putinin bu sözlərini ÇATDIRDI

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya federal kansleri Olaf Şolts arasında danışıqlarda Azərbaycan nümayəndə heyətinin üzvü bildirib ki, Berlində tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Brief” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Əliyev Şoltsa Rusiya prezidenti Vladimir Putinin sözlərini çatdırıb. Bildirilib ki, Azərbaycan Prezidenti dörd gün əvvəl Putinlə görüşüb. Qəzet iddia edir ki, bu şifahi mesaj deyildi, əksinə, bunlar şəxsən Şolts üçün ünvanlanan sözlər idi.

“Azərbaycan nümayəndə heyətinin üzvünün sözlərinə görə, Bakı Almaniyanın Ermənistanla münaqişənin həllində iştirakında maraqlıdır. Onun sözlərinə görə, Almaniya Fransanın düşmənçiliyinin əksinə, sülhün əldə olunması üçün proseslərin həyata keçirilməsində daha yaxındır. Rusiya həmçinin Almaniyanın Transqafqazdakı problemlərin həllində iştirakına qarşı deyil, lakin Putin artıq cənab Olaf Şolts və Emmanuel Makrona etibar etmir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı yüksəksəviyyəli görüşlərin keçirilməsi dövlətimizin Cənubi Qafqaz regionunda liderlik statusundan irəli gəlir. Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həmdə ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider dövlətdir. Nüfuzlu “Brief” nəşrinin yadığı bu məlumat da ölkə prezidentinin dünya liderləri arasında sözünün siyasi çəkisinin ağırlığına dəlalət edən amildən doğur. Bu məlumat bir daha təsdiq edir ki, Avropanın da lider dövlətləri Azərbaycanı etibarlı vasitəçi kimi görür.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-dən 26-dək Almaniyada işgüzar səfərdə olub.

Rafi Müslümov

COP29

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv