“Təklif edirəm, hətta xahiş edirəm, şou-biznes sözünü yerli müğənnilərin adının yanında yazmayasınız”.
Yenicag.az xəbər verir ki, bu təklifi müğənni Nura Suri sosial şəbəkə hesabında irəli sürüb.
“Təklif edirəm, hətta xahiş edirəm, şou-biznes sözünü yerli müğənnilərin adının yanında yazmayasınız, toy-biznes yazın. Bizim müğənnilər, mən daxil, ancaq toydan qazanır. Şounu Ledi Qaqa, Şakira, Benson Boun, Ceylo, Bruno Mars və sair kimi müğənnilər göstərir. Bizdə eyni səhnəni, eləcə də trendi Xalq artistləri və bayağı adlandırdıqlarınız bölüşür. Sadəcə bəziləri daha baha qiymətə və daha çox tədbirə gedir. Fərq ancaq bundadır. Heç bir şoudan və performansdan söhbət gedə bilməz”.
Nehru
www.yenicag.az