Nuridə Allahyarova işdən çıxdı

media-hightechnic-468x90

“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova işdən çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verib.

“”Yeni Klinika” ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim. Ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa, üzr istəyirəm. Mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və “Yeni Klinika” komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da, heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil. Onu “Yeni Klinika”da müalicə edəcəklər. Qorxulu olan ədalətsizlikdir, onun müalicəsi yoxdur”, – deyə N.Allahverdiyeva qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600