!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Nüvə beşliyi” birgə bəyanat imzaladı

Çin, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları və Fransa nüvə silahına malik dövlətlər arasında müharibənin qarşısının alınmasını və strateji risklərin azaldılmasını özlərinin əsas vəzifəsi hesab edirlər.

Yenicag.az xəbər verir ki, bu barədə nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin qarşısının alınması və silahlanma yarışının qarşısının alınması haqqında birgə bəyanatında bildirilib.
“Biz bəyan edirik ki, nüvə müharibəsində qaliblər ola bilməz. Nüvə silahından istifadənin genişmiqyaslı nəticələri olacağına görə, biz də bir daha təsdiq edirik ki, nüvə silahları müdafiə məqsədlərinə xidmət etməli, təcavüzün və müharibənin qarşısını almalıdır. Hesab edirik ki, bu cür silahların daha da yayılmasının qarşısı alınmalıdır”, deyə birgə bəyanatda qeyd olunub.

Qeyd edək ki, “nüvə beşliyi” nüvə silahına malik 5 ölkənin – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın qeyri-formal birliyidir.

www.yenicag.az

193
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100