Nüvə müharibəsinin bir addımlığında: Tramp yaxın ətrafından nəyi soruşub?

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda tabeliyində olan şəxslərdən İrana qarşı nüvə silahının tətbiqinin nə dərəcədə mümkün olması ilə maraqlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu iddia ilə amerikalı jurnalist və Pulitser mükafatı laureatı Seymur Herş “Substack” platformasındakı bloqunda çıxış edib.

Onun sözlərinə görə, Amerika liderinin nüvə silahının adını çəkdiyi söhbət bu həftə baş tutub və orada ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.

Söhbət İranın yeraltı raket istehsalı obyektlərinə zərbələr endirilməsinə aid olub və müzakirələr zamanı Amerika lideri bu növ obyektlərin bəzilərini məhv etmək üçün nüvə silahından istifadənin “mümkün olub-olmaması” ilə maraqlanıb.

Herşin qeyd etdiyinə görə, görüş iştirakçılarından ən azı biri ABŞ Prezidentinin Yaxın Şərqdə nüvə müharibəsinin başlaması ehtimalı barədə bu qədər adi bir şəkildə mülahizə yürüdə bilməsindən şoka düşüb. Bildirilib ki, söhbət zamanı Tramp məyus və qəzəbli olub, həmin an “İranda məğlub olmağı heç kəsə arzulamayan” bir insan kimi görünüb.

Trampda həmçinin İran rəhbərliyinə Vaşinqtonun bu növ eskalasiya ehtimalını “son dərəcə ciddi” nəzərdən keçirdiyi barədə xəbərdarlıq etmək ideyası yaranıb. Jurnalist yazır ki, Trampı nüvə silahını nəzərdə tutan hər hansı bir eskalasiya barədə hətta mülahizə yürütməkdən belə çəkindirə biliblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05