Nüvə prorqamından geri addım atmayan İRAN: "İsrail ABŞ-yə maksimum təzyiq edir ki..."

media-hightechnic-468x90

“ABŞ İranla qarşıdurmadan yayınmaqla nüvə prosesini idarə etmək istəyir”.

Bu fikirləri İranın nüvə proqramı ilə bağlı fikirlərini bölüşən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Yenicag.az-a açıqlamasında bildirib. media-eli_zulfuqaroglu

O qeyd edib ki, İranın nüvə məsələsi ilə bağlı təsir imkanlarına daha çox İsrail və ABŞ malikdir:

“Əslində, ABŞ İranla nüvə danışıqları ilə bağlı diplomatik kanalların açıq tutulmasına və vəziyyətin daha da gərginləşməməsinə çalışır və istər ABŞ-nin İsrail-İran savaşının son günlərində görüntü xatirinə nüvə obyektlərini vurması və daha öncə İrana xəbərdarlıq etməsi, eyni zamanda, İranın Qətərdə onların hərbi bazasına hava zərbələri endirməzdən öncə ABŞ-ni xəbərdar etməsi iki ölkə arasında pərdəarxası danışıqların aparıldığını deməyə əsas verir. Göründüyü kimi, bu məsələdə əsas güc ABŞ-dir. Təbii ki, İsrailin ABŞ daxilindəki lobbisi vasitəsilə Tramp üzərində ciddi təzyiq imkanları var ki, İranı da narahat edən budur”.

Ə. Zülfüqaroğlu tərəflərin nüvə proqramı məsələsini danışıqlar yolu ilə həll etməkdə maraqlı olduğunu diqqətə çatdırıb:

“İran çalışır ki, ABŞ ilə dil tapsın və proses İranın maraqlarının kontekstində öz həllini tapsın. Çünki İsrail ABŞ-yə maksimum təzyiq edir ki, İranın nüvə obyektləri sıradan çıxarılsın. Bununla bağlı İsrailin arqumentləri İranın nüvə silahı əldə edəcəyi ilə bağlıdır.

İran nüvə proqramları ilə bağlı beynəlxalq nəzarətin təmin olunmasına o halda razılaşa bilər ki, ABŞ bundan sonrakı mərhələdə konstruktiv mövqe nümayiş etdirsin və İranın vurulmaması ilə bağlı təminat versin. Çünki İran bəyan edir ki, onlar heç bir halda nüvə silahı əldə etmək barədə düşünmür. İran yalnız nüvə enerjisi ilə bağlı bu proqramı inkişaf etdirmək niyyətindədir. Təbii ki, nüvə məsələsi müxtəlif dönəmlərdə müxtəlif dövlətlər tərəfindən İran üzərində təzyiq aləti kimi istifadə olunub, o cümlədən müxtəlif Qərbi Avropa dövlətlərində bu istiqamətdə bir sıra addımların atıldığının şahidi oluruq”.

O qeyd edib ki, təbii ki, İrana qarşı sanksiyalar bir sıra hallarda Qərbin özünə sərf edir:

“İranla qeyri-leqal ticarətlə məşğul olan Avropa şirkətləri müxtəlif çoxsaylı qazanclar əldə edirlər. Təbii ki, İran da pərdəarxası aparılan ticarətlə bağlı arqumentlərə malikdir və əslində, prosesdə hansı təsir imkanlarına malik olduğunu bildiyi üçün özünə əmin formada müəyyən açıqlamalarla yadda qalır. Hesab edirəm ki, İranın nüvə proqramları ilə bağlı ABŞ ilə danışıqlar prosesini aparmaq perspektivi var və bunu poza biləcək yeganə qüvvə İsrail hökümətidir. Tramp hökumətinin indiyə qədər  izlənilən proseslər fonunda onu demək olar ki, ABŞ hökuməti konstruktiv danışıqlara getməyə və beləliklə də İranla dil taparaq hərbi qarşıdurmadan yayınmağa çalışır. Böyük ölçüdə bu prosesdə ABŞ və İranın maraqlarını özündə ehtiva edən nəticənin əldə olunması üçün perspektivlər var”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa