Obama ərəb kralı ilə görüşdü
ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz Fars körfəzi ölkələrinin liderlərinin sammitinə hazırlıq çərçivəsində danışıqlar aparıb.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Ağ evin rəsmi nümayəndəsi bildirib ki, əvvəllər bəzi mətbuat orqanları Səudiyyə Ərəbistanı kralının bizim prezidentlə görüşə getməyəcəyini yazmışdı. Amma, bu baş tutdu və dövlət başçılarının görüşündə birgə hərbi dəniz təlimləri, terrorizmlə mübarizə məsələləri müzakirə olunub.
Xatırladaq ki, sammit Kemp-Deviddə bu həftənin sonunda baş tutacaq.