Reklam

Reklam

29afd639b5f69aa068ac0d77a959a7feABŞ prezidenti Barak Obamanın Hindistana səfəri başlayıb. Yenicag.az lent.az-a istinadən bildirir ki, dövlət bayramı münasibəti ilə Hindistandakı tədbirlərə fəxri qonaq kimi qatılan Obamanı Yeni dehlidəki hava limanında ölkənin baş naziri qarşılayıb. Yüksək səviyyəli təhlükəsizliklə təmin edilən ABŞ lideri birbaşa hökumət sarayına gedib.

Qeyd edək ki, Obamanın Hindistan səfəri 3 gün davam edəcək. Səfər çərçivəsində geosiyasi məsələlər, iqlim dəyişikliyi, terrorla mübarizə, dünya valyutalarının vəziyyəti və digər mövzular ətrafında da ikitərəfli fikir mübadilələri aparılacaq.

Bu arada Baraq Obama qısa müddətə Səudiyyə Ərəbistanına – kralın yas mərasiminə gedəcəyindən onun Tac Mahalı gəzintisi proqramı təxirə salınıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 106
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."