Obama müsəlmanları təbrik edib
Obama “Həcc ziyarətinə gedənləri və ümumilikdə bütün dünya müsəlmanlarını təbrik edirəm. Bayramınız mübarək olsun” sözlərini deyib.
ABŞ prezidenti Barak Obama bu təbrikə həyat yoldaşı Mişelin də qoşulduğunu dilə gətirib.
“Həcc ziyarəti dünyanın dörd bir tərəfindən müsəlmanları bir araya gətirir və bu da yaşadıqları ölkələrdən asılı olamayaraq bütün insanların bərabər olduğunu bildirir. Qurban bayramında müsəlmanların yoxsullara kömək etmə ənənəsi çox yaxşıdır və bu ənənə hər il davam etdirilir. Qoy hazırda həcc ziyarətinə gedənlərin duası qəbul olunsun”, – deyə ABŞ prezidenti əlavə edib. (xezerxeber.com)